21 Noyabr 2024

AĞSTAFA RAYONUNDA TOVUZ DÖYÜŞLƏRİ ŞƏHİDLƏRİNİN XATİRƏLƏRİ YAD EDİLİB

Qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan Tovuz döyüşlərində ordumuzun qələbəsindən artıq üç il ötür.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”ninməsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhidlərimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri Tovuz döyüşləri zamanı şəhid olmuş Babayev Yaşar Vasif oğlunun, Mustafazadə Elçin Arif oğlunun, Sadıqov Vüqar Lətif oğlunun və İsmayılov Nazim Əfqan oğlunun məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Yaşar Babayev Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Elçin Mustafazadə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Vüqar Sadıqov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Nazim İsmayılov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.