17 İyul 2025

AĞSTAFA RAYONUNDA ŞƏHİDLƏRİN DOĞUM GÜNLƏRİNDƏ XATİRƏLƏRİ ANILIB

01 iyun 2025-ci il tarixində Vətən müharibəsi şəhidləri Mədədov Asif Nəsir oğlunun, Məmmədov Asəf Mehman oğlunun doğum günləri münasibətilə məzarları ziyarət edilib, önünə gül dəstələri düzərək, əziz xatirələri böyük ehtiramla yad olunub. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!