23 Dekabr 2024

Agentlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət etdi

Agentlik məktəbli formaları ilə bağlı valideynlərə müraciət etdi.

Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Valideynlər, xüsusilə övladları birinci sinifə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.