Ağdərənin Həsənriz kəndində İlaxır çərşənbə tonqalı yandırılıb

Ağdərə rayonunun Həsənriz kəndində İlaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Kəndin mərkəzində yandırlan tonqal ətrafına sakinlər toplaşaraq çərşənbəni qeyd edirlər. Xocalıda, Ballıca kəndində də evlərinə dönən keçmiş məcburi köçkünlər şəhərin girişinə quraşdırılmış Səməni ətrafına toplaşıb, yazın gəlişini qeyd ediblər. Ballıca kəndində də tonqallar qalanıb.Yanar ocaqlarımız sönməsin!
