23 Fevral 2025

Ağdaşda Nizami Gəncəvi irsinə qayğı: Böyük mütəfəkkirin abidəsi ətrafında bərpa işləri aparılmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub.

Media1.az xəbər verir ki, bunula bağlı olaraq Ağdaş Regional Mədəniyyət idarəsi prezidentin sərəncamından irəli gələn tələbləri yüksək səviyyədə yerinə yetirir. Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarındakı mədəniyyət müəssisələrində müxtəlif səpkili silsilə tədbirlər təşkil edilir.

Eyni zamanda “Nizami ili” çərçivəsində keçirilmiş mədəni kütləvi tədbirlərlə yanaşı, Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Nizami Gəncəvinin abidəsi və ətrfında təmizlik, bərpa və yenidənqurma işləri aparılmışdır.

Belə ki, abidədə və postamentində əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunaraq yenidən rənglənmiş, abidənin ətrafında abadlıq işləri həyata keçirilmişdir.