Ağdaşda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tamaşa nümayiş olunub.

6 mart 2025-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin təqdimatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bizə gülüş yaraşır” adlı tamaşa nümayiş olunub.
“O olmasın, bu olsun” musiqili komediyasının motivləri əsasında hazırlanmış tamaşa Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı tərəfindən səhnələşdirilib.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.






