08 Sentyabr 2024

Ağdamda “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib.

16 yanvar 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış edilib. Sonra tədbir dəyirmi masa arxasında davam etdirilib.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılara Azərbaycan Respublikasında ətraf mühitin qorunması istiqamətində atılan addımlar haqqında məlumat verilib.

Tədbirin sonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş film nümayiş etdirilib.