Ağdam teatrında” Şuşadan gələn səs” tamaşasının premyerası keçirilib

Ağdamlı şair,dramaturq Nadir Qədimlinin qələminə məxsus ” Şuşadan gələn səs” əsəri Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynova həsr olunub.
ATVFM.LİVE-in xəbərinə görə , ” Şuşadan gələn səs” tamaşasının rejissoru Kərim Həsənlidir.
Müəllif Nadir Qədimli tamaşanın aktyor heyətinin oyununu yüksək qiymətləndirib. Bunun üçün də Ağdam Dövlət Dram Teatrının yaradıcı kollektivinə təşəkkürünü bildirib.
Onu da qeyd edək ki, tamaşanın premyerasınada Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov başda olmaqla rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.



