22 Noyabr 2024

Ağcabədililər rayonlarında tarix diyarşünaslıq muzeyinin olmasından xəbərsizdilər

Yaxınlarda yolumuz  Ağcabədi rayon Tarix Diyarşünaslıq muzeyinə düşmüşdü. Ünvana yetişmək üçün  xeyli rayon sakinini sorğuladıq. Polis şöbəsinin qarşısındakı formalı iki polis nəfəri İcra Hakimiyyətinin yanında olduğunu dedi. Muzeyin təxmini yerini bildiyimizdən polis bələdçilərimizin düzgün istiqamət göstərmədiklərini yəqin etdik. Daha iki nəfər də Tarix Diyarşünaslıq Muzeyinin ünvanını bilmədi. Bir neçə nəfərdən sonra axır ki, ünvanı göstərən tapıldı.Ünvanı  tapandan sonra məlum oldu ki, axtardığımız yer Polis şöbəsindən o qədər də uzaq deyilmiş.

Muzeyin müdiri Sadiq Əliyev və onun kollektivi üçün qonaq qarşılamaq o qədərdə xoş görünmürdü. Hallarından görünürdü ki, dilxorçuluqdu . Guya ki, gələnlərin çoxluğundan ayaq altında qalıblar. Burada keçirilən tədbirlər guya ki,  bunların işlərin bərbad eliyib. Direktor otağında vacib məsələlərinin həlli ilə məşğul olmaqdan ötrü telefonun dəstəyindən asılı qalıb, 8 işçi isə 8 kv.m-lik mətbəxə doluşub. Ağcabədinin tarixini təbliğ eliyən tarix diyarşünaslıq muzeyindən isə ağcabədililərin xəbəri yoxdur. Görünən dağa deyir, bələdçi lazım deyil. Elə bu mədəniyyət müəssisəsində olan baş verənlərin nə demək olduğundan asanca baş açar. Muzeydə Bir adam ziyarətçi çətin ki, olsun. Burada çalışmaq əvəzinə mürgü vuran əməkdaşlarda iş funksiyalarını artıq yaddan çıxarıblar.

Qonağa da qəribə baxmağa başlayıblar. Görünən budur ki əslində qonaq istəmirlərdə . İstədikləri nə gələn olsun, nə də gedən. Qulaqları dinc 8 kv. metrlik mətbəxə doluşub mürgüləməkdi. Bu muzeyin direktorunu, onun muzey əməkdaşlarını mürgü o qədər xoş hal eliyib ki, adicə virtual aləmdə belə varlıqların göstərə bilmirlər. Əsrimizin internet dövründə  özünü tanıtmaq imkanları hədsiz dərəcədə böyük imkanlar yaradır. Sosial şəbəkələrlə işləməyi bacarırsansa uğurlu piar kampaniyalarının qurulması sənin öz əlindədir. Ancaq bu işləri bacarmırsansa deməli fəaliyyət qabiliyyətin məhduddur. Muzeyin fəaliyyəti ilə realda olduğundan fərqli olaraq virtuallığı ilə tanış olmaqda məyusluq doğurur. Muzeyin adına facebookda profil yaradılsa da sonuncu paylaşma yanvarın 11-də olub. Paylaşmalar da muzeyin nə direktoru Sadiq müəllimə, nə də muzeyin əməkdaşlarına aid deyil.

Bu qədər. Mədəniyyət nazirliyimiz, yaxud da Ağcabədi Regional Mədəniyyət İdarəsi niyə göz yumur,niyə ətalətə tutulmuş işçilərini mürgüləməkdən ayıltmır.

Sonda tövsiyyə. Qonaqları yaxşı qarşılayın. Gülərüzlə, nəzakətlə. Tədbirlərinə Siz də qatılın. Tədbirlər təşkil etmək, yaxud da tədbirlərə qoşulmaq elə həm də sizin vəzifənizdir. Gələn qonaqları tədbir qurtarınca qoymayın getsin. Fürsətdən Siz də yararlanın. Qolundan tutun, aparın eksponatlarınızı göstərin. Gələnləri hesabatlarınıza daxil edin. Mümkünsə muzeyin qeydlər kitabına ürəkdən gələn sözləri də yazdırın.

Musa Muradlı- Media1.az