22 Dekabr 2024

“Ağalı” Qarabağda bərpa edilən ilk “ağıllı kənd” olacaq – Prezident açıqladı

14 fevral günü ailəsi ilə birlikdə işğaldan azad edilən torpaqları ziyarət edən Prezident hadisə kimi açıqlamalar verib

Birinci vitse-prezident Mehriban Əliyevanın çəkdiyi kadrlara baxanda, onlardan daha birini xəbərə çevirmək mümkün oldu.

Video-görüntülərdən aydın olur ki, ilk hansı rayonun hansı kəndi bərpa olunacaq. Prezident İlham Əliyev deyib ki, Qarabağda ilk “ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndi olacaq! Artıq bərpa işlərinə başlanılıb

Kənd sakinlərini təbrik edirik və həmin kadrları təqdim edirik! (musavat.com)