23 Dekabr 2024

Açıq qalmış sual

ABŞ-ın və Fransanın aktivliyi Ermənistanın son ümid yeridir və bundan sonra qərarlar qəbul olunmalıdır – məhz sülh danışıqları. Əgər ümumi götürsək, Ermənistan mövcud mərhələdə özünün himayədarları və havadarları ilə Qarabağdakı ermənilər üçün hər hansı “status” almağa (hətta ərazi də yox) cəhd edir, sülh danışıqlarında Qarabağın (separatçıların) heç olmasa xatırlanmasını, eləcə də Qərbin təmsilçiliyini istəyir. Bu, onların maksimal danışıqlar mövqeləridir ki, zaman-zaman əriməyə başlayacaq…

Azərbaycanın isə mövqeyi prinsipialdır ki, Qarabağ onun daxili işidir, sülh danışıqları isə dövlətlərarası gündəmi əks etdirir.

Ermənistanla danışıqların mövcud mərhələsi bilavasitə sülh gündəmindən ibarətdir ki, bu haqda çox danışılır, lakin bununla yanaş, digər mövzulara da aydınlıq gətirilməlidir ki, onlar hələ də açıq qalıblar:

⁃ Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması;

⁃ Ermənistandan gələn infrastruktur və təminat fəaliyyətlərinin reqlamentasiyası, yaxud onların bağlanması;

⁃ Qarabağ erməniləri üzərində qanunsuz hakimiyyət quran Ermənistanın oradakı xuntaya ayırdığı hərbi maliyyədən imtinası…

Mövcud mövzular situasiyanın dəyişilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir. Belə ki, bizlər bir sıra sənədlərin imzalanmasının şahidləri olmuşuq ki, sonradan onlara əməl olunmayıb.

Nəticədə həm də belə qənaətə gəlmək olar: İrəvan artıq Bakının səbir kasasını doldurub və istər Qərb dairələri olsun, istərsə də Ermənistanın digər havadarları olsun – onların heç bir cəhdləri Azərbaycanın suveren ərazilərində keçməyəcək. Əksinə, Azərbaycan bütün müvafiq addımlarını ataraq suveren ərazilərinin təhlükəsizliyini əlində olan bütün imkanları ilə tətbiq edəcək.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi