21 Dekabr 2024

ABŞ sakini gənci öldürüb və doğrayaraq yeyib

ABŞ-ın Miçiqan ştatından olan Devid Latunski 25 yaşlı gəncin qətlini və onu yediyini etiraf edib.

Cinayət 2021-ci ilin dekabrında törədilsə də, onun təfərrüatları yalnız indi üzə çıxıb.

Mərhumun meyiti evin damında topuqlarından asılmış vəziyyətdə tapılıb. Cəsədin üzərində bir neçə bıçaq xəsarətləri olub.

Latunski qurbanı kürəyindən bıçaqladığını və bir sıra orqanlarını çıxardığını etiraf edib. Bundan sonra təcavüzkar onları bişirərək yeyib.

Hazırda birinci və ikinci dərəcəli qətldə ittiham olunan Latunskini şərti azadlığa buraxılma ehtimalı ilə və ya olmadan ömürlük həbs cəzası gözləyir.

Artıq təqsirləndirilən şəxs günahını etiraf edib və bu, hətta vəkilini də şoka salıb. O, qərar çıxarılana qədər müştərinin anlaqsızlığını sübut edəcəyini bildirib.

İş üzrə yekun qərar oktyabrın 18-də elan olunacaq.

Mənbə: gazeta.ru