23 Fevral 2025

ABŞ “Patriot”ları Suriyaya yerləşdirir: Yeni baza…

ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələri Suriyanın şimalında yeni hərbi baza inşasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Voennıy Obozrevatel” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, baza Deyr əz-Zor əyalətində inşa olunur.

Bazaya ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyi də bildirilir.