ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət katibinin köməkçisi Bakıda yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşəcək. O, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyini vurğulayacaq.
Dövlət katibinin köməkçisi O’Brayen daha sonra Dubrovnik Forumunda iştirak etmək və Avropa tərəfdaşları və müttəfiqləri ilə Qərbi Balkanların Avro-Atlantik inteqrasiyasını müzakirə etmək üçün Xorvatiyanın Dubrovnik şəhərinə gedəcək.
Dövlət katibinin köməkçisi forumdakı çıxışında regionun islahat potensialının açılmasında ABŞ-nin dəstəyini vurğulayacaq. O, həmçinin, ABŞ-Xorvatiya ikitərəfli münasibətlərində müdafiə sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və digər əsas prioritetləri müzakirə etmək üçün Xorvatiyanın yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşəcək./Trend