28 Mart 2024

ABŞ dövlət katibi: “Qərarı Ukrayna özü verəcək”

Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir.

Bu sözləri Şərqi Asiya Sammitində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşün nəticələrinə dair açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.

Entoni Blinken həmçinin bildirib ki, Kiyev danışıqların məzmununa görə özü məsuliyyət daşıyır.

Görüşdə D. Kuleba və E. Blinken “Taxıl müqaviləsi”nin qlobal ərzaq təhlükəsizliyinin qorunmasında əsas rol oynadığını da vurğulayıblar.

Mənbə: News.ru