20 Aprel 2024

ABŞ-dan Tacikistan və Qırğızıstana MÜRACİƏT

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tacikistan-Qırğızıstan sərhədində toqquşmalardan narahat olduqlarını bildirib. 

Media1.az-ın məlumatına görə Prays bildirib ki, mülki əhalinin həyatı təhlükə altındadır və zərərçəkənlərə başsağlığımızı bildiririk:

“Biz hər iki tərəfi atəşkəsə hörmət etməyə və diplomatiya yolu ilə sakitliyi bərqərar etmək üçün səyləri artırmağa çağırırıq”.

Qeyd edək ki, sentyabrın 14-də Tacikistan-Qırğızıstan sərhədində iki ölkənin hərbçiləri arasında növbəti silahlı qarşıdurma başlayıb. Hər iki tərəf bir-birini münaqişənin başlamasında, ağır hərbi texnika və silahlardan istifadə etməkdə ittiham edir.