ABŞ-da qocalar evində atışma olub, ölənlər var
ABŞ-ın Merilend ştatının “Prince George County” qocalar evində atışma baş verib.
“Report” bu barədə ABC telekanalına istinadən xəbər verir.
Atışma nəticəsində iki nəfər öldürülüb. Silahlı şəxsin tutulduğu bildirilir.
Yerli polis bölgə sakinlərini evlərini tərk etməməyə çağırıb.
Hadisənin səbəbləri aydınlaşdırılır.