ABŞ-da prezident seçkilərinə yeni namizəd açıqlandı
ABŞ-da 2024-cü il prezident seçkiləri üçün yeni namizəd açıqlanıb.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb.
Yanvarın 3-də onun 50 ştatın hamısında səsvermədə iştirak etmək planlarını açıqlayacağı gözlənilir.
Bundan əvvəl kiçik Kennedi Fox News-a verdiyi müsahibədə “Amerika hərbi imperiyasını” dağıtmağa söz vermişdi. O, ÇXR və Rusiya Federasiyasını təxribata yönəlmiş “ehtiyatsız və davakar” siyasətinə son qoyacağını, həmçinin ABŞ-ın xaricdəki hərbi bazalarının əksəriyyətini ləğv edəcəyini və ölkənin Silahlı Qüvvələrinin sayını azaldacağını vəd edib.