ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.
APA-nın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.
“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, – deyə qeyd olunub.
Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.