22 Dekabr 2024

Lənbərana qayıdan qaziyə qurban kəsildi.

Musa Muradlı, Media1.az

Vətən müharibəsi adını almış II Qarabağ savaşında ölümün gözünə dik baxıb düşmənlə döyüşə yollanan qazilərimizdən biri də Bərdə rayonunun Lənbəran kəndinin sakini  olan Hüseyinov Şəmistan Sabir oğludur. Müharibə başlayan günlərdə Bərdə rayon Hərbi Komissarlığından xidmətə çağrılmış qazimiz Qarabağ cəbhəsinin Ağdam istiqamətində xidmət edirmiş.44 günlük müharibənin sonuna kimi sağ-salamat layiqincə xidmət aparsa da sonradan ağr yaralanıb. Dekabrın 12-də Ağdam cəbhəsində minaya düşüb.

Qazi Şəmistan Hüseyinovun ayaqlarında cərrahiyyə əməliyyatı aparılıb. Ayaq barmağını itirsə də peşəkar həkimlərimizin ciddi cəhdləri sayəsində qazimiz ayağa dura bilib. Onun səhhəti kafi qiymətləndirilir.Üç aylıq bərpa müalicəsindən sonra qazimiz ailəsinin yanına qayıdıb.

Bərdə rayonunun Lənbəran kəndində qazini  kənd camaatı böyük sevinclə qarşılayıb. Zəfər müharibəsində qalib ordunun əsgəri kim dönən qazinin şərəfinə qurban kəsilib.

Onu da qeyd edək ki, qazi  Hüseyinov Şəmistan Sabir oğlu subaydır. 3 qardaşı var.