Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi mal-qara təsərrüfatı ilə məşğul olan fermərlər üçün növbəti təlim keçirib.
![](https://media1.az/wp-content/uploads/2021/03/4b9d20fc-e0fc-4c0b-8608-f4d78f1dea5c-1024x768.jpg)
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin daxili təlim planına uyğun olaraq, Mərkəzin təlimçiləri tərəfindən 10 mart 2021-ci il tarixdə Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzində “İribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, damazlıq işlərinin təşkilində süni mayalanmanın rolu” və “İribuynuzlu heyvanlarda invazion xəstəliklərinə qarşı mübarizə tədbirləri” mövzularında təlim keçirilmişdir.
Təlimdə hazırkı pandemiya şəraitinin tələblərinə uyğun olaraq 10 nəfərə kimi heyvandarlıq üzrə Kəlbəcər rayonundan olan fermerlər iştirak etmişdir, sosial izolyasiya qaydalarına uyğun olaraq ara məsafələri qorunmuş, tibbi maskalardan istifadə edilmişdir.
Təlimçilər Tərtər RAEİM-nin baş zootexniki Süleyman Məmmədov və aparıcı zootexnik Flora Ələsgərova.
Aparıcı zotexnik Flora Ələsgərova “İribuynuzlu heyvanlarda invazion xəstəliklərinə qarşı mübarizə tədbirləri” mövzusunda çıxış edərək invazion xəstəliklərdən “Fasilyoz”, “Dikroselyoz” və s. xəstəliklərinin yayılması, müalicəsi və proflaktikası haqqında fermerlərə məlumat verdi və bildirdi ki, bu xəstəliklər dağətəyi və aran zonasında geniş yayılan xəstəliklərdəndir. Xəstəlik yayıldığı zaman təsərrüfatlara ciddi iqtisadi ziyan vurur, ət, yun, süd məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Heyvanlarda təlafat baş verir. Təsərrüfatda xəstəliyin qarşısını almaq üçün müalicə və profilaktika tədbirləri həyata keçirilməlidir. Xəstəliyin yayılmasında şirin su ilbizləri və quru ilbizləri aralıq sahibi rolunu oynayır. Heyvanların otladığı otlaq sahələri, su mənbələri ilbizlərdən təmizlənməlidir. Bu məqsədlə bataqlıq və çirkli su mənbələri qurudulur, aqrotexniki, kimyəvi, bioloji üsullardan istifadə edilir. İlbizlər yayılmış sahələrə kalium-xlor səpilir. Eyni zamanda heyvanlar 1 ay ara verməklə 3 dəfə dehelmintizasiya edilməlidir. Heyvanlar ən çox əkilmiş yerlərdə otarılmalıdır. Bu xəstəliyin müalicəsində aşağıdakı dərmanlardan istifadə olunur: “İnkfontel” (qaramala 100 kq diri çəkiyə 5 ml əzələ daxilinə yeridilir, davara 10 kq diri çəkiyə 1 ml dəri altına vurulur). “Santel” (qara mala 20 kq diri çəkiyə 1 ml əzələ daxilinə yeridilir, davara 0,5 ml əzələ daxilinə). Bundan başqa “Klozental 250”, “Rolenol”, “Dadizon”, “Brontal” və s. preporatlardan istifadə edilməsini fermerlərə diqqətinə çatdırıldı.
Sonra isə baş zootexnik Süleyman Məmmədov “İribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, damazlıq işlərinin təşkilində süni mayalanmanın rolu” mövzusunda çıxış edərək, bildirdi ki, Azərbaycan respubilkasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlər praqramına uyğun olaraq, qarşıya qoyulan əsas vəzifələrdən biri də ölkədə heyvandarlıq məhsulları istehsalının artırılmasıdır. Qarşıya qoyulmuş bu vəzifənin yerinə yetirilməsi üçün, ilk növbədə mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsi təmin olunmalıdır.
Heyvanların cins tərkibinin yaxşılaşdırılmasında, damazlıq işlərinin təşkilində, süni mayalanma iqtisadi və praktiki cəhətdən çox əhəmiyyətli olub damazlıq seleksiya işlərinin əsasını təşkil edir.
Süni mayalanmanın əhəmiyyəti: Heyvanların məhsuldarlıq keyfiyyətinin yüksəldilməsi, damazlıq işinin yaxşılaşdırılması, cinsarası çarpazlaşmadan istifadə edilməsi, hibridləşmə, yeni cinslərin yaradılması və köhnə cinslərin yaxşılaşdırılmasıdır.
Yoluxucu xəstəliklərin profilaktikası, xüsusən, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, heyvanların qısırlığı ilə mübarizə, heyvandarlıqda iqtisadi səmərəliliyin yüksəldilməsi və s.
Təbii halda bir baş buğa ilə 30-45 baş inək mayalandığı halda, süni mayalanma yolu ilə bir buğanın toxumu ilə 1000-2000 baş inək mayalamaq olar. Süni mayalanma üsulu ilə yeni məhsuldar cinslər əldə edilmişdir. Qaramal üzrə “Lebedin”, “Qazax ağbaş”, “Qara ala”, ”Şvis”, “Simmental” və s. Qoyunçuluq üzrə “Askanya”, “Qafqaz”, “Kuybşev”, “Azərbaycan dağ merinosu” və. s cinslər haqqında fermerlərə məlumat verildi.
Təlim qarşılıqlı müzakirələr şəraitində baş tutmuşdur, fermerlərin çoxsaylı sualları ətraflı şəkildə cavablandırılmışdır.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru:
Bəhruz Nəzərov
![](https://media1.az/wp-content/uploads/2021/03/d0e2682a-8cbd-49a5-9a90-95f266f539ce-1024x768.jpg)
![](https://media1.az/wp-content/uploads/2021/03/69fc903d-5d09-4603-ab70-d8dfa1970005-1024x768.jpg)