19 Noyabr 2025

Şanlı zəfərimizin əbədiləşdirilməsi

Artıq illəri arxada qoyduq.O illəri ki, hər zaman həsrətini çəkdiyimiz torpaqların həsrəti ilə yaşayırdıq.”Gün o gün olsun ki, o torpaqlara qayıdaq” ifadəsi dilimizdə , arzumuzda,duamızda özünə yer almışdı.Ancaq bu illər ərzində ümidimizi heç də itirmədik,qürurla,xüsisi təmkin və səbrlə bu müqəddəs torpaqlara qayıdacağımız günü gözləyirdik.Dövlət başçımızın məqsədyönlü siyasətinə,xalq-rəhbər vəhdətinə,xalqımızın tarixi birliyinə güvənirdik,inanırdıq.İnanırdıq ki, gücümüzlə hər bir çətinliyə qalib gələcəyik,yumruq kimi bir olub düşmənə qarşı mübarizəmizlə tarix yazacağıq.Dövlət rəhbərimizin ”Nəyi necə,nə vaxt edəcəyəmi mən bilirəm” ifadəsi xalqımızın gücünə güc qatdı,inamını daha da artırdı.Əlbəttə hər nə əldə etdiksə rəhbərimizin uzaqgörən siyasəti,milli birliyimiz,güclü ordumuz sayəsində əldə etdik.Hərtərəfli birliyimiz bizi irəliyə doğru apardı və şərəfli qələbə tarixini yazdıq.İndi düşməndən azad edilmiş bu torpaqlarda həyat canlanıb,sürətli quruculuq və abadlıq işləri davam etməkdədir. Erməni terrorizmi nəticəsində Ağdam xarabalığa çevrildi.Müharibədən sonra burada olan xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir və sübutudur. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.Artıq Ağdam azaddır,Ağdam gözəlləşir,həyat yenidən bərpa olunur.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər edir, yenidənqurma və abadlıq işlərinə xüsusi diqqət yetirir.04 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna yeni bir səfər edib. Aylar öncə Prezident İlham Əliyevin “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” ifadəsinin əməli nəticəsi bariz şəkildə görünməkdədir Dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan quruculuq işləri ilə tanış olublar.Səfər çərçivəsində Ağdam şəhərinin yol və kommunikasiya şəbəkəsinin, Eyvazxanlı kəndində Atıcılıq Nəsilartırma Mərkəzinin,Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin,City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimində iştirak etmişdir.Daha sonra Pənahəli Xanın Sarayı və İmarət Komleksində görüləcək işlərlə tanış olmuş,Xurşidbanu Natəvanın abidəsinin açılışında ,Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin,şəhərin dəmir yolu və avtovağzal kompleksinin və Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak edib.İşğaldan azad olunmuş ərazilərdə o cümlədən Ağdamda sürətli inkişaf gedir.Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.Bir sözlə Ağdam əvvəlki gözəlliyinə qovuşacaq,həyat da gözəl olacaq,əhalinin rifahı naminə dövlətimiz hərtərəfli şəkildə dəstəyini göstərəcək,yeni iş yerlərinin açılması gələcək üçün geniş yollar açacaqdır.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı