Türk Dövlətləri birliyi gələcək üçün böyük strateji imkanlar yardır
Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə barədə
Prezident İlham Əliyev UzA agentliyinə verdiyi müsahibədə Azərbaycan və Özbəkistan arasında möhkəm tarixi bağlara, qardaşlıq münasibətlərinə və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə şərh etmişdir. Dövlət başçısı vurğulamışdır ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı etimad hər zaman əlaqələrin dinamik inkişafına təminat verir.
Prezident iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə həyata keçirilən layihələrin hər iki ölkənin inkişafına töhfə verdiyini, xüsusilə nəqliyyat-logistika dəhlizləri üzrə əməkdaşlığın regional bağlantının gücləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir. O, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan–Özbəkistan əməkdaşlığının türk dünyasının inteqrasiyasını möhkəmləndirdiyini, bu birliyin gələcək üçün böyük strateji imkanlar yardığını bildirmişdir.
Müsahibədə dövlət başçısı Azərbaycanın bölgədə formalaşdırdığı yeni geosiyasi reallıqlar, sülh təşəbbüsləri və iqtisadi dirçəliş prosesləri barədə də məlumat vermişdir. Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar əlaqələrin xalqlar arasında yaxınlığı daha da artırdığını və bu sahədə həyata keçirilən birgə layihələrin qarşılıqlı hörmət və dostluğun bariz nümunəsi olduğunu xüsusi vurğulamışdır.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
