19 Noyabr 2025

Ağstafa şəhidlərinin ildönümlərində xatirələri anılıb

17 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Əhmədov Mahmud Fərman oğlunun, Həsənov Elnur Elman oğlunun, Babayev Mustafa Elman oğlunun və Məmmədov Asəf Mehman oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhər Şəhidlər Xiyabanında və Poylu qəsəbəsində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun