14 Noyabr 2025

Vətən müharibəsi şəhidi Elçin İbrahimovun ildönümündə xatirəsi anılıb

14 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi İbrahimov Elçin Rövşən oğlunun ildönümüdür. Bu münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Elçin İbrahimovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun