26 Noyabr 2025

Vətən müharibəsi şəhidi Bahaləddin İsmayılovun ildönümündə xatirəsi anılıb

31 oktyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi İsmayılov Bahaləddin Temraz oğlunun ildönümüdür. Bu münasibətilə Muğanlı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan şəhidlərimizin də məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun