26 Noyabr 2025

Bərdənin mədəniyyət işçiləri erməni terroru qurbanlarının xatirəsini yad ediblər

2020-ci il, oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən xain hava hücumundan 5 il ötür. Həmin gerçəkləşdirilən cinayətkar əməli sayəsində xeyli sayda Bərdə sakini həyatını itirmiş, onlarla yaralı olmuşdur. Şəhər infirastrukturuna , o cümlədən mülki təsərrüfata xeyli ziyan dəymişdir.

Media1.az-ın xəbərinə görə, hadisələrin beşinci ildönümündə “Bərdə terroru” abidəsi rayon sakinləri, eləcə də rayon rəhbərliyi,hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən ziyarət edilib.

Ziyarət edən kollektivlər sırasında Bərdə rayon Mədəniyyət Mərkəzinin çoxsaylı kollektivləri də iştirak ediblər. Terror qurbanlarının əziz xatirəsinə ehtiram göstərilmiş, abidə qarşısına çiçək və güllər düzülmüşdür.

Musa Muradlı – Media1.az