Bərdədəki çoxmərtəbəli binaların sanitar-ekoloji durumu sakinlərin sağlamlığı üçün qorxulu xəstəlik mənbəyidir.
Media1.az , Musa Muradlı
Media1.az xəbər verir ki, Bərdənin mərkəzindəki Üzeyir Hacıbəyov küçəsində yerləşən beşmərtəbəli binanın sakinləri xeyli vaxtdır ki, üzləşdikləri problemin həllində aciz qalıblar. Sakinlərin bildirdiyinə görə, yaşadıqları binanın zirzəmisi su-kanalizasiya sisteminin sıradan çıxmasına görə çirkab suların əsirinə çevrilib.Zirzəmidəki istismar müddətini başa vurmuş borular yenilənmədiyindən korroziyaya uğramaqla sıradan çıxıb. Suyu nəql eləmək qabiliyyətini tamamilə itirib. Boruların deşilməsi nəticəsində içməli su istehlak oluncaya qədər itkilərə məruz qalır. Binanın zirzəmisinə axmış olur. Bununla yanaşı kanalizasiya xəttləridə tamamilə bərbad gündədir.Çirkab suları axıtmaq qabiliyyətini tamamilə itirib. Bu səbəbdən də tez-tez daşmaqla binanın həyətində gölməçələr əməl gətirir.
Belə yerdə milli Azərbaycan folkloruna məxsus bir atalar sözü yada düşür. Çörəyi ver, çörəkçiyə,birində üstəlik.Yəqin işbaşında olan vəzifəli bacarıqlı ,işgüzar olsa problemi müxtəlif aspektlərdən incələyər,həlli yolunu da tapmış olardı.Ya da camaata, qədirbilən bərdəlilərə azacıq da olsa canıyananlığı olsa yenə də bir çarə tapardı, zavallı sakinlərə pislik iylətməzdi ki.
Mütəxəsis olmasaq da ağlımızkəsəndən bir,ikisini deyək.Görün haqlıyıq , ya yox..
Birincisi, su itkiləri iqtisadi rentabellilik baxımından cavabdeh rəsmi qurumun mənfəətini azaldır . İtkilər olmasa israfçılığın qarşısı alınar, daha çox su istehlaka yönəlmiş olar ki, bundan da xeyli artıq gəlir əldə etmək olardı. Təəssüflər olsun ki, əlaqədar səlahiyyətli qurumu bu amil heç narahat eləmir.Su ehtiyyatları boş-boşuna axıb gedir. Sadə şəkildə desək vəzifəsini düzgün icra edə bilməyən məmurun iş prinsipi həm təbii ehtiyyatımızın məhvinə səbəb olur, həm də dövlətin qazana biləcəyi milyonlarla vəsait kanalizasiyalara axıb gedir.
İkincisi, zirzımilərə axan su kanalizasiya tullantılarına qarışdığından problemin mahiyyəti daha da qəlizləşir. İnsanlar üfunət qoxuyan çirkab sularının qoxusuna dayana bilmir. Ekoloji fəlakətin astanasında olmaqla daha gərgin təhlükə ilə üzləşirlər. Ağcaqanadların, gəmiricilərin, digər təhlükəli həşaratların xəstəliyə münbit şərait yaratdığından sakinlərin sağlamlığı real təhdidlə qarşılaşmış olur. Di gəl, bunları əlaqədar qurumlara anlat ki, onlar da maddi, ekoloji, sağlamlığa vurulan zərbəyə görə məsuliyyətləri qarşısında azacıqda olsa xəcalət çəksinlər.
Xülasə , illərdən bəri səalhiyyətlilərin laqeyidliyi,məsuliyyətsizliyi ucbatından şəhərin mərkəzində antisanitariya ocağı olduğu kimi qalır. Hansı ki, vaxtaşırı şəhərin abadlaşdırılması, sosial-iqtisadi məsələlərinin həlli üçün möhtərəm prezidentimiz İlham Əliyevin fərmanları ilə maliyyə vəsaiti də ayrılıb. Deməli, dövlət başçısı lazım olan vəsaiti əhalinin rifah halının yaxşılaşdırılması üçün ayırmış olduğu halda yenə də sakinləri dövlətdən narazı salan problemlər həllini tapmır. Başqa sözlə işini düzgün qura- bilməyən məmurlara görə və ayrılan vəsaitlərin düzgün və səmərəli istifadə olunmaması prezidentimizin apardığı sosial iqtisadi siyasəti gözdən salmış olur
Onu da qeyd edək ki, Bərdədə su kanalizasiya sistemi sıradan çıxan binalar çoxdur. Çoxmərtəbəli binaların hamısı acnacaqlı durumdadır. Sakinlərin harayını isə eşidən yoxdur.