Vətən müharibəsi şəhidi Məhəmmədəli Ələkbərovun ildönümündə xatirəsi anılıb
22 oktyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Ələkbərov Məhəmmədəli Bayram oğlunun ildönümüdür. Bu münasibətilə Poylu kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra tədbir iştirakçıları şəhid Məhəmmədəli Ələkbərovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun




