25 Noyabr 2025

YURD HƏSRƏTLİ ƏBDÜL MƏMMƏDOV

Bu gün haqqında söhbət açacağımız Əbdül Məmmədov uzun illər dostluq etdiyim bir ailənin, ocağın ağsaqqalı idi. Qəlbindəki xeyir niyyəti nur çöhrəsinə sirayət etmişdi. Təsadüfi deyil ki, Qərbi Azərbaycanın kameral təsvirlərində xəbər uşağı, xeyir xəbər kimi adlarla qeyd olunublar. Kimdir Əbdül Məmmədov?

Məmmədov Əbdül Yusif oğlu  15 aprel 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Şidli kəndində anadan olub. O, taleyin hökmü ilə bir neçə dəfə köçkünlük həyatı yaşamışdır. Əbdül Məmmədov birinci dəfə ailəsi ilə birlikdə  Vedibasar mahalının Şidli kəndindən 1948-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndinə deportasiya edilib.  Türk düşməni İ.Stalinin ölümnündən  sonra 1956-cı ildə yenidən ata-baba yurdu Şidli kəndinə qayıdıb. İkinci dəfə sonuncu etnik təmizləmə zamnı 7 dekabr  1988-ci ildə həyat yoldaşı və 4 övladı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çalxanqala kəndinə yaşayan erməni ilə evi dəyişərək oraya köçüblər. Bir müddət orda qaldıqdan sonra Şidli kəndinin sakinlərinin böyük əksəriyyətinin Bakı şəhərinə köçməsi səbəbi ilə o da ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçüb. Üçüncü dəfə 15 may 1991-ci il tarixində Xocavənd rayonun ermənilərdən azad edilməsini və oranın iqliminin Qərbi Azərbaycanın iqliminə oxşar olmasını nəzərə alaraq Xocavəndin Dollanlar kəndində köçmüşdür. Həmin kəndlərdə Ermənistandan  deportasiya məruz qalmış  azərbaycanlılar məskunlaşdırılmışdır. 02 oktyabr 1992-ci ildə Dolanlar kəndi yenidən ermənilər tərəfindən işğal edildikdən sonra Əbdül Məmmədov Bakıya qayıtmaq məcburiyyətində qalmışıdr. 

Mərhum Ə.Məmmədov böyük dövlət adamı Heydər Əliyevin SSRİ rəhbərliyində olmasını özləri üçün güvənc yeri hesab edirdilər.  1987-ci ilin oktyabrında Heydər Əliyevin istefaya məcbur edilməsi xəbəri ermənilər sevincinə azərbaycanlıların isə  kədərinə səbəb oldu.  Ə.Məmmədov həmin günləri belə xatırlayırdı: “İrəvan şəhərinin mərkəzi meydanda SSRİ KPMK-nin Siyasi Bürosunun üzvlərinin foto stendində Heydər Əliyevin şəkilini “yırtılması”ı Ermənistanda yaşayan azərbaycanlılara çox pis təsir etmişdir. Şərur rayonunda fəaliyyət göstərən fotoqraflar Heydər Əliyevin mülki və general formasında  şəkilləri böyüdərək çoxaldıb həmvətənlərimiz arasında paylayırdılar. Həmin günlərdə mən də H.Əliyevin iki şəkilini özümlə Şidliyə gətirərək general formalı şəkili avtomobilinin ön  şüşəsinə vurdum, mülki geyimdə olan şəkil isə evin divarına asdım”.

Təsadüfi deyil ki,  1994-cü ilin oktyabr hadisələri zamanı Heydər Əliyevin xalqa müraciətindən dərhal sonra Əbdül Məmmədov  ailə üzvləri ilə birlikdə Prezident Sarayının qarşısına gedərək dəstək mitinqində iştirak etmişdir. Əbdül Məmmədov övladlarını vətənpərvərlik ruhunda böyüdüb. Oğlanları Vidadi və İsmayıl Qarabağ müharibəsinin iştirakçısı Ənnağı isə hüquqşünasdır. 

Yurd həsrətli Əbdül Məmmədovun ən böyük arzusu doğulub boya-başa çatdığı Vedibasar mahalının Şidli kəndinə qayıtmaq olsa da o bu həsrətlə Bakıda  10 noyabr 2020-ci ildə vəfat etmişdir. Ruhu şad olsun!

 Hüquqşünas Səməd Vəkilov