Bərdənin mədəniyyət işçiləri şəhid Turqut Zeynalovun anılmasında iştirak ediblər

Sentyabrın 28 də şəhid Turqut Zeynalovun anım mərasimi təşkil edilib.
Media1.az-ın xəbərinə görə , mərasim şəhid Turqut Fikrət oğlu Zeynalovun Bərdə Şəhidlər Xiyabanındakı məzarının ziyarət olunması ilə başlayıb.
Çoxlu sayda rayon sakini şəhidin məzarına gul qoyaraq ata və anasına başsağlığı veriblər.
Bərdə cümə məscidinin axundu Hacı Ramazanın aparıcılığı ilə şəhid valideyinlərinə, eləcə də rayon ziyalılarına, o cümlədən qazilərə söz verilib. Çıxış edənlər vətən uğrunda canından keçən şəhidlər haqqında ehtiram dolu fikirlərini söyləyiblər.
Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin çoxlu sayda əməkdaşı iştirak edib. Şəhidin məzarına güllər düzərək ehtiramlarını bildiriblər.
Bərdə Şəhidlər Xiyabanındakı ziyarətdən sonra şəhidin ata ocağında ehsan olaraq çay süfrəsi açılıb.
Musa Muradlı- Media1.az









