AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN İBRAHİMOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

23 sentyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi İbrahimov Elçin Rövşən oğlunun doğum günü idi.
Bu münasibətlə Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

