16 Sentyabr 2025

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELNUR HƏSƏNOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

15 sentyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Həsənov Elnur Elman oğlunun doğum günü idi.

Bu münasibətlə Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyəti aparatı əməkdaşlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun