Bərdə şəhər 3 saylı məktəbdə bilik günü yüksək əhvali ruhiyyədə keçirilib

15 sentyabr ” Bilik Günü” Bərdə şəhər 3 saylı tam orta məktəbdə də böyük coşqu ilə qeyd edilib.
Media1.az-ın xəbərinə görə, məktəbin şagird və pedeqoji kollektivi ilə yanaşı tədbirdə çoxlu sayda valideyində iştirak edib.
Öncə şəhidlərin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məktəb direktoru Elgün Qocamanov, məktəb valideyin komitəsinin sədri, Qarabağ RTİ-nin nümayəndəsi çıxış edərək Yeni dərs ilində məktəbliləri təbril edərək, onlara təhsillərində uğurlar arzulayıblar.
Tədbir məktəblilərin ifasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə müşayət edilib.











