05 Sentyabr 2025

Bərdə kitabxanasında unudulmaz şair Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş tədbir təşkil edilib

04.09.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının uşaq şöbəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Könüllərdə taxt quran şair” adlı tədbir keçirildi.

İlk olaraq Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Daha sonra tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Səriyyə Kərimova Bəxtiyar Vahabzadənin öz yaradıcılığı ilə Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirdiyini vurğulayıb. Qeyd etdi ki, Bəxtiyar Vahabzadə ADU-nun filologiya fakultəsində təhsil almış, bədii yaradıcılığa 1943 cü-ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirməklə başlamışdır. B.Vahabzadənin yaradıcılığı çoxşaxəlidir. O, təkcə şair kimi fəaliyyət göstərməmiş, həm tənqidçi-ədəbiyyatşünas, dramaturq, həm gözəl pedaqoq, həm vətənpərvər fədai, Azərbaycan milli Elmlər Akademiyasının həqiqi üzvü, həm də Azərbaycan Milli Məclisinin deputatı kimi də faəaliyyət göstərmişdir. Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan Milli Azadlıq hərəkatının öncüllərdindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalnmış Azərbaycanın tarixi faciəsini dilə gətirən azadlıq və istiqlal şairi idi. Təsadüfi deyildir ki, sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlərlə, müxtəlif ədəbi üsullarla ifadə etmiş şair öz iri həcimli poemaları və pyeslərində hadisələri ya tarixə ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir.

Daha sonra Mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova, tənqidçi Əjdər Quliyev, şair Telman Hüseynov, şair İsa Sevər, fəal oxucu Eldar Məmmədov, Bərdə qəzetinin müxbiri Şüküfə Əliyeva, Mədəniyyət işçisi Musa Muradlı, 2 saylı şəhər Kitabxana filialının müdiri Nərgiz Cəfərova, Kətəlparaq kənd kitabxana filialının müdiri Minarə Əliyeva və digərləri çıxış edərək Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən və şeirlərindən nümunələr söylədilər.

Tədbirdə Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış müxtəlif mahnılar səsləndirildi.

Son olaraq Bəxtiyar Vahabzadənin öz səsiylə ifa etdiyi “Ana” şeiri səsləndirildi.