AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BAHALƏDDİN İSMAYILOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

31 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi İsmayılov Bahaləddin Temraz oğlunun doğum günü münasibətilə Muğanlı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun



