24 İyul 2025

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir

Artıq Xankəndidə dövlət səviyyəsində tədbirlərin keçirilməsi Azərbaycanın suverenliyinin tam bərpasının açıq təzahürüdür

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.
Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.

2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər. İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik. COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik. Bununla da karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olundu. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq. Biz ondan artıq təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik.

Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq. Lakin COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır. Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk. Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək.

Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə – Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.

Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar.
Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq. Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur. Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.

COP29 haqqında danışarkən məndə elə bir təəssürat yarandı ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında bir etimad böhranı var. Hər biri özünün haqlı olduğunu hesab edir. Ancaq burada etibar olmadığı və bir-birinə şübhə ilə yanaşma mövcud olduğu təqdirdə vahid hədəflərə nail olmaq çətin olacaqdır. Ona görə də təhlükəsizlik, sabitlik, milli maraqlara praqmatik yanaşma və qonşularla yaxşı, konstruktiv əlaqələr vacibdir. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var. Ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə deyə bilərəm ki, biz bütün planlarımıza nail olmuşuq. Bəli, biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır.

Yaşıl enerjiyə gəldikdə, Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər. Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. Bəli, biz bilirik ki, Avropada olan külək elektrostansiyalarının sayı nə qədərdir və onların planları nədən ibarətdir. Ancaq biz bir yerdə çalışmağı avropalı tərəfdaşlarımıza təklif etdik. Azərbaycanın coğrafi olaraq Avropa və Asiya arasında yerləşən bir məkan kimi nəhəng meqalayihələrin icrasında təcrübəsi, şaxələndirilmiş xarici siyasəti və xarici siyasət gündəliyi sayəsində biz əhəmiyyətli və həlledici rol oynaya bilərik. Bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq.

Ukrayna ilə bağlı sualınıza gəlincə qeyd edim ki, bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük. Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı. Yeri gəlmişkən, Xocalı buradan cəmi bir neçə kilometr məsafədədir. Münaqişə sonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi. Biz tədricən ayağa qalxmağa, dirçəlməyə başladıq. Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Biz başa düşürdük ki, bu, çətin olacaq. Birincisi, relyef. Siz Füzulidən buraya gəlmisiniz. Füzuli şəhəri oktyabrın 17-də azad olunmuşdur. Bundan sonra bizim Silahlı Qüvvələrimiz yol olmayan ərazilərdən piyada keçərək Xankəndi ətrafına, Şuşa qayalarına doğru hərəkət etdilər. Biz döyüş meydanında sübut etdik ki, hər şeyə hazırıq və ölümə gedirdik, irəlidə 5-6 müdafiə xətti var idi. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq. Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi.

ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi – “qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər. Yəni, bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi. Mən 2003-cü ilin sonlarından etibarən danışıqlar prosesində iştirak edirdim. 17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, – bəlkə də heç də faydalı olmayan, – və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır. “Reallıq budur, siz bununla barışmalısınız”. Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi – görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar. Biz qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız.

Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular. Əvvəldə dediklərim sadə və ya bəhanə kimi görünə bilər. Amma bunun arxasında bizim həm müharibədə, həm danışıqlar masasında, həm də suverenliyimizi tam bərpa etdikdən sonra yaşadıqlarımız dayanır. Əgər xarici aktorların bizə qarşı təhdidləri, təzyiqləri, şantajları barədə danışsam, bu, çox da xoş mənzərə olmaz. Bunu danışmaq üçün ayrıca görüşə ehtiyac var. Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü – Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik. Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm.

Çin şirkətləri Günəş elektrik stansiyalarının tikintisi layihələrinin reallaşmasında podratçı qismində fəal iştirak edirlər. İnvestor şirkətlər tərəfindən alınan Günəş panelləri Çin istehsalıdır. Son dövrlərdə biz, həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və düşünürəm ki, bu sahə də qarşılıqlı faydalı əməkdaşlığımıza mühüm töhfə verəcək. Yəni, münasibətlərimiz çox möhkəmdir. Həm dövlət başçıları, həm də nazirlər səviyyəsində çox fəal siyasi dialoq aparılır. Çinin müxtəlif regionları ilə də çox sıx əməkdaşlıq qurulub. Artıq Çində Azərbaycanın bir neçə ticarət evi fəaliyyət göstərir. Bu istiqamətdə böyük perspektivlər görürük. Nəqliyyat-logistika layihələri ilə bağlı dediyim kimi, Çin Xalq Respublikası tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən Azərbaycana və daha sonra beynəlxalq marşrutlar üzrə yük axınlarının həcminin artmasına şərait yaradacaq. Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq. Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi. Təsəvvür edə bilərsinizmi? Birləşmiş Ştatlar öz suverenliyini bərpa etmək üçün Ukraynanın səylərini güclü şəkildə dəstəkləyirdi və dəstəkləyir, lakin biz öz suverenliyimizi bərpa etdikdə onlar bəyan etdi ki, işlər artıq adi qaydada aparıla bilməz və bunları Dövlət Departamentinin yüksəkrütbəli rəsmisi deyirdi. Prezident Baydenin Administrasiyası tərəfindən atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər addımlar münasibətlərin korlanmasında, əslində, əsas meyar idi. Əlbəttə, Prezident Bayden hər il etdiyi kimi, Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə aldıq, çünki biz onlara Əfqanıstanda lazım olduğumuz zaman, o və onun sələfləri həmin düzəlişin qüvvəsini əvvəllər dayandırırdı. Əfqanıstanda biz onlara artıq lazım olmadığımız dövrdə onlar 1992-ci ildə qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı yenidən tətbiq etdilər. Beləliklə, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər əsasında olan məsələ idi. Biz Ermənistanı blokadaya almamışdıq.

Ermənistan ərazimizi işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində bizə sanksiyalar tətbiq edildi. 2001-ci ildə biz ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və ovaxtkı bütün prezidentlər həmin sanksiyanın qüvvəsini dayandırırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi. Beləliklə, indi biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.

Zirvə görüşündən əvvəl Şuşada, Ağdamda və Laçında Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq. Bizim ECO-dan xeyli böyük olan təsisatlarda, o cümlədən Qoşulmama Hərəkatında zəngin sədrlik təcrübəmiz var. Üç il ərzində fəaliyyətimiz o qədər yaxşı oldu ki, üzv dövlətlər yekdil olaraq sədrliyimizi bir il də artırmaq qərarına gəldilər. Beləliklə, dörd il ərzində sədr olduq və Qoşulmama Hərəkatına çox dinamika gətirdik. Biz hazırda işləyən Parlament Şəbəkəsini yaratdıq, Qadınlar və Gənclər platformalarını təsis etdik. Bir sözlə, beynəlxalq təşkilatı daha güclü və hərtərəfli edən işlərin hamısını gördük. Bizdə həmin mexanizmlər var. Biz və bir çox digər ölkələr müxtəlif beynəlxalq təsisatlarda iştirak edirik, lakin bəzən həmin beynəlxalq təsisatlarda həmrəylik çatışmır. Bir sözlə, əlimizdən gələni edəcəyik. Xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib.
Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır. Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk. Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir.

İctimai rəyə əsasən media təsir edir, xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Sizin rəyiniz media əsasında formalaşır və siz çox diplomatik söz işlətdiniz: “ziddiyyətli”. Buna görə minnətdaram. Lakin tam açıq danışsaq, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. Biz çalışdıq bunu dəyişək, amma alınmadı. Ona görə yox ki, biz fəal deyilik, biz çox fəalıq. Səbəb ölkəmiz haqqında müxtəlif saxta hekayətlərin söylənilməsi və şayiələrin yayılmasında, Azərbaycanı qara rəngdə təsvir etməsi üçün diktə edən Avropanın siyasi spektrində olan bəzi qaydalarda və prosedurlardadır. Bunun bir neçə səbəbi mövcuddur. Onlardan birini yaddan çıxarmalı deyilik. O, ABŞ-da çox fəal olan birləşmiş erməni lobbi qruplarıdır. Siz və biz bilirik ki, Qərbdə, o cümlədən Almaniyada bəzi media ABŞ-ın təsiri altındadır. Yəni, erməni mediasının təsiri ilə anti-Azərbaycan dairələrindən reportajlar daxil olanda, birmənalı olaraq, biz Azərbaycana qarşı ümumi media hücumunu görürük. Biz bununla artıq bir neçə dəfə rastlaşmışıq. Mən bunu böyük beynəlxalq tədbirlər ərəfəsində dəfələrlə görmüşəm. Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçiriləndə oldu. O vaxt biz saxta hekayətlər, hücumlar və Qərb mediasının müxtəlif qarayaxma cəhdlərinin hədəfinə çevrildik. Sonuncu misal COP29 idi. Həmin vaxt Qərbin aparıcı mediasında gündə ən azı, ola bilsin 7 və ya 10 məqalə çıxırdı. Prezident Tramp onları saxta xəbər adlandırır. Məsələn, “Washington Post”, “New York Times”, “Newsweek”, yaxud Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi. Birinci səbəb isə erməni lobbisinin ayaq alması oldu. İkincisi, bilirsiniz, biz ölkəmizin potensialını bilirik. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilirik və vaxt keçdikcə gücümüz də artır. Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun “parçala və hökm sür” strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq. Güclü ölkəni, güclü iqtisadiyyatı qurduq. Xarici borcumuzu ÜDM-in 6,9 faizinə qədər azaltdıq. Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizindən çoxdur. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirdik. Mən Fransada yoxsulluq haqqında danışmaq istəmirəm. Məncə, təxminən 16 faizdir. Bax, beləcə oldu. Biz öz həyatımızı yaşayırıq, öz iradəmizi təlqin etmirik. Biz avropalılara özünü necə aparmağı, necə evlənməyi və necə yeməyi öyrətmirik. Lakin eyni münasibəti də özümüz üçün istəyirik. Biz hörmət istəyirik.

Biz istəyirik həyatımıza, torpağımıza anlayışla yanaşsınlar və biz Azərbaycan xalqının bizdən istədiyini edirik. Beləliklə, səmimi desək, biz Avropada ictimai rəyə təsir göstərmək səylərimizi də artıq kənara qoymuşuq. Biz bunun vaxt itkisi olduğunu düşünürük. Lakin ən yaxşı yol belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və hər il auditoriya daha da böyüyür, yeni qonaqlar gəlir. Odur ki, ən yaxşı yol bizi tərifləmək deyil, ən yaxşı yol buraya gəlməyiniz və insanlarla danışmağınızdır. İnsanların mənim, hökumət, inkişaf haqqında nə düşündüklərini öyrənməkdir. Sonra yalnız bir şey lazım olacaq, auditoriyaya həqiqəti söyləmək. Düşünürəm ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, Zirvə görüşündən əvvəl Şuşada, Ağdamda və Laçında Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq. Bizim ECO-dan xeyli böyük olan təsisatlarda, o cümlədən Qoşulmama Hərəkatında zəngin sədrlik təcrübəmiz var. Üç il ərzində fəaliyyətimiz o qədər yaxşı oldu ki, üzv dövlətlər yekdil olaraq sədrliyimizi bir il də artırmaq qərarına gəldilər. Beləliklə, dörd il ərzində sədr olduq və Qoşulmama Hərəkatına çox dinamika gətirdik. Biz hazırda işləyən Parlament Şəbəkəsini yaratdıq, Qadınlar və Gənclər platformalarını təsis etdik. Bir sözlə, beynəlxalq təşkilatı daha güclü və hərtərəfli edən işlərin hamısını gördük. Bizdə həmin mexanizmlər var. Biz və bir çox digər ölkələr müxtəlif beynəlxalq təsisatlarda iştirak edirik, lakin bəzən həmin beynəlxalq təsisatlarda həmrəylik çatışmır. Bir sözlə, əlimizdən gələni edəcəyik.
Xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib.

Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır. Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk.

Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. İctimai rəyə əsasən media təsir edir, xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Sizin rəyiniz media əsasında formalaşır və siz çox diplomatik söz işlətdiniz: “ziddiyyətli”. Buna görə minnətdaram. Lakin tam açıq danışsaq, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. Biz çalışdıq bunu dəyişək, amma alınmadı. Ona görə yox ki, biz fəal deyilik, biz çox fəalıq. Səbəb ölkəmiz haqqında müxtəlif saxta hekayətlərin söylənilməsi və şayiələrin yayılmasında, Azərbaycanı qara rəngdə təsvir etməsi üçün diktə edən Avropanın siyasi spektrində olan bəzi qaydalarda və prosedurlardadır. Bunun bir neçə səbəbi mövcuddur. Onlardan birini yaddan çıxarmalı deyilik. O, ABŞ-da çox fəal olan birləşmiş erməni lobbi qruplarıdır. Siz və biz bilirik ki, Qərbdə, o cümlədən Almaniyada bəzi media ABŞ-ın təsiri altındadır. Yəni, erməni mediasının təsiri ilə anti-Azərbaycan dairələrindən reportajlar daxil olanda, birmənalı olaraq, biz Azərbaycana qarşı ümumi media hücumunu görürük. Biz bununla artıq bir neçə dəfə rastlaşmışıq. Mən bunu böyük beynəlxalq tədbirlər ərəfəsində dəfələrlə görmüşəm. Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçiriləndə oldu. O vaxt biz saxta hekayətlər, hücumlar və Qərb mediasının müxtəlif qarayaxma cəhdlərinin hədəfinə çevrildik. Sonuncu misal COP29 idi. Həmin vaxt Qərbin aparıcı mediasında gündə ən azı, ola bilsin 7 və ya 10 məqalə çıxırdı. Prezident Tramp onları saxta xəbər adlandırır. Məsələn, “Washington Post”, “New York Times”, “Newsweek”, yaxud Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi. Birinci səbəb isə erməni lobbisinin ayaq alması oldu. İkincisi, bilirsiniz, biz ölkəmizin potensialını bilirik. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilirik və vaxt keçdikcə gücümüz də artır. Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun “parçala və hökm sür” strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq. Güclü ölkəni, güclü iqtisadiyyatı qurduq. Xarici borcumuzu ÜDM-in 6,9 faizinə qədər azaltdıq. Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizindən çoxdur. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirdik. Mən Fransada yoxsulluq haqqında danışmaq istəmirəm. Məncə, təxminən 16 faizdir. Bax, beləcə oldu. Biz öz həyatımızı yaşayırıq, öz iradəmizi təlqin etmirik. Biz avropalılara özünü necə aparmağı, necə evlənməyi və necə yeməyi öyrətmirik. Lakin eyni münasibəti də özümüz üçün istəyirik. Biz hörmət istəyirik. Biz istəyirik həyatımıza, torpağımıza anlayışla yanaşsınlar və biz Azərbaycan xalqının bizdən istədiyini edirik. Beləliklə, səmimi desək, biz Avropada ictimai rəyə təsir göstərmək səylərimizi də artıq kənara qoymuşuq. Biz bunun vaxt itkisi olduğunu düşünürük. Lakin ən yaxşı yol belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və hər il auditoriya daha da böyüyür, yeni qonaqlar gəlir. Odur ki, ən yaxşı yol bizi tərifləmək deyil, ən yaxşı yol buraya gəlməyiniz və insanlarla danışmağınızdır. İnsanların mənim, hökumət, inkişaf haqqında nə düşündüklərini öyrənməkdir. Sonra yalnız bir şey lazım olacaq, auditoriyaya həqiqəti söyləmək. Düşünürəm ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı.

Ermənistan ilə Azərbaycanın maraqlarının üst-üstə düşə biləcəyinə heç bir etirazım yoxdur. Amma məsələ burasındadır ki, Ermənistan bunu həmişə başqa cür görüb. Əgər işğal olmasaydı, azərbaycanlıların vəhşiliklə, dağıntılarla, soyqırımları ilə deportasiyası baş verməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı. Cənubi Qafqaz iqtisadi, siyasi, nəqliyyat və hər şeydən əvvəl, enerji baxımından çoxdan inteqrasiya olunmuşdu. Hər şey yaxşı olardı, bu qədər vaxt itirilməzdi. Səbəb bizdə deyil, səbəb Sovet İttifaqı dağılandan bəri Ermənistanı idarə edən rejimlərin işğalçı xarakterindədir. Onların heç biri azərbaycanofobiyası və Azərbaycana qarşı motivi olmayan təcavüzü ilə bir-birindən xüsusilə fərqlənmirdi. Siz ilk dəfə deyil ki, burada olursunuz və yəqin dini ziyarətgahlarımızın həm dağıdılmasına, həm də təhqir olunmasına diqqət yetirmisiniz. Mən burada olanda tez-tez baş çəkirəm, vaxtaşırı öz-özümə sual verirəm: axı, biz sovet dövründə onlara pis heç nə etməmişik, qətiyyən. Onlar burada dinc yaşayırdılar, yarımuxtar quruma malik idilər. Respublika yox, amma muxtar vilayət idi. Bu muxtar vilayətə erməni millətindən olanlar rəhbərlik edirdilər. Bu bina ilə üzbəüz, dediyim kimi, keçmiş vilayət komitəsinin binası var. Orada vilayət komitəsinin birinci katibi otururdu – erməni idi. İcraiyyə komitəsinin sədri də erməni olub. Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət komitəsi bürosunun 9 üzvü var idi və onların arasında yalnız bir azərbaycanlı olub. O da ki, Şuşa rayon komitəsinin birinci katibi idi və sadəcə, vəzifəsinə görə orada olmalı idi, olmasaydı, onu da oraya daxil etməzdilər. Hansı sıxışdırma barədə danışırdıq? Heç bir sıxışdırma yox idi; Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı.

Ermənistan ilə Azərbaycanın maraqlarının üst-üstə düşə biləcəyinə heç bir etirazım yoxdur. Amma məsələ burasındadır ki, Ermənistan bunu həmişə başqa cür görüb. Əgər işğal olmasaydı, azərbaycanlıların vəhşiliklə, dağıntılarla, soyqırımları ilə deportasiyası baş verməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı. Cənubi Qafqaz iqtisadi, siyasi, nəqliyyat və hər şeydən əvvəl, enerji baxımından çoxdan inteqrasiya olunmuşdu. Hər şey yaxşı olardı, bu qədər vaxt itirilməzdi. Səbəb bizdə deyil, səbəb Sovet İttifaqı dağılandan bəri Ermənistanı idarə edən rejimlərin işğalçı xarakterindədir. Onların heç biri azərbaycanofobiyası və Azərbaycana qarşı motivi olmayan təcavüzü ilə bir-birindən xüsusilə fərqlənmirdi. Siz ilk dəfə deyil ki, burada olursunuz və yəqin dini ziyarətgahlarımızın həm dağıdılmasına, həm də təhqir olunmasına diqqət yetirmisiniz. Mən burada olanda tez-tez baş çəkirəm, vaxtaşırı öz-özümə sual verirəm: axı, biz sovet dövründə onlara pis heç nə etməmişik, qətiyyən. Onlar burada dinc yaşayırdılar, yarımuxtar quruma malik idilər. Respublika yox, amma muxtar vilayət idi. Bu muxtar vilayətə erməni millətindən olanlar rəhbərlik edirdilər. Bu bina ilə üzbəüz, dediyim kimi, keçmiş vilayət komitəsinin binası var. Orada vilayət komitəsinin birinci katibi otururdu – erməni idi. İcraiyyə komitəsinin sədri də erməni olub. Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət komitəsi bürosunun 9 üzvü var idi və onların arasında yalnız bir azərbaycanlı olub. O da ki, Şuşa rayon komitəsinin birinci katibi idi və sadəcə, vəzifəsinə görə orada olmalı idi, olmasaydı, onu da oraya daxil etməzdilər. Hansı sıxışdırma barədə danışırdıq? Heç bir sıxışdırma yox idi.

Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı