23 İyul 2025

III Şuşa Qlobal Media Forumu böyük tarixi və siyasi əhəmiyyətə malikdir

Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu qlobal çağırışlara verdiyi operativ və məsuliyyətli reaksiyalarla daha da güclənməkdədir. Bu amillər, həmçinin dövlətimizin regional gücdən qlobal aktorluğa keçidinin göstəricisidir.

Prezident İlham Əliyevin sözügedən çıxışında COP29-un Bakıda keçirilməsi Azərbaycanın ekoloji liderlik mövqeyini göstərən əsas hadisə kimi vurğulanıb. 197 ölkənin, 70-dən çox dövlət və hökumət başçısının qatıldığı bu tədbir paytaxtımızın qlobal iqlim müzakirələrinin mərkəzinə çevrildiyini sübut edib. Həmin faktlar dövlətimizin yaşıl keçid strategiyasına verdiyi real töhfələrin və iqlim diplomatiyasındakı fəallığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini nümayiş etdirir. Ölkəmizin bu sahədə göstərdiyi qətiyyətli mövqe gələcəkdə yeni regional və qlobal əməkdaşlıq platformalarının qurulmasına imkan yaradacaq.

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan öz inkişaf modelini uğurla təqdim etməyi, beynəlxalq müstəvidə təşəbbüskar olmağı və qlobal problemlərə real həllər təklif etməyi bacarır. Bütün bunlar dövlət başçısının uzaqgörən liderliyi, qətiyyətli siyasi iradəsi və milli maraqlara əsaslanan strategiyasının məhsuludur. Bu gün Azərbaycan dünyaya nəinki enerji, nəqliyyat və resurslar təklif edir, həm də əməkdaşlıq, balans və ədalət mesajı verir.

Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz bu məsuliyyəti daşımağa hazırıq və bunu ləyaqətlə edirik”. Şuşa Qlobal Media Forumu artıq ənənəyə çevrilib. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisəyə çevrilib. Nəzərə alsaq ki, bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı