Şəhid Rəvan Qəfərovun doğum günündə xatirəsi anılıb

08 iyul 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Qəfərov Rəvan Elxan oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri Dağ Kəsəmən kənd qəbirstanlığında şəhidin məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Həsənov Fariz Şahin oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!