15 Mart 2025

Tramp Putinlə telefonla DANIŞDI

ABŞ prezidenti Donald Tramp martın 13-də Rusiya lideri Vladimir Putinlə danışdığını deyib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ prezidenti söhbətin yaxşı və məhsuldar keçdiyini bildirib.

O, Ukraynada davam edən münaqişənin sona çatması üçün çox yaxşı şansların olduğunu qeyd edib.

“Dünən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq və bu dəhşətli, qanlı müharibənin nəhayət başa çatması üçün hər cür şans var” – deyə Tramp “Truth Social”da yazıb.