13 Mart 2025

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması

Novruz bayramı əsrlər boyu qeyd edilən qədim və özünəməxsus adət-ənənələrlə dolu bir bayramdır.

Ümummilli lider, Ulu Öndər Heydər Əliyev hər zaman Novruz bayramında son dərəcə milli adət-ənənəyə xas olan və unudulmaz çıxışlar edərək qeyd etmişdir ki, Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və keçirilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehribanın xanım Əliyevanın adı ilə sıx bağlıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və ardıcıl səyləri nəticəsində UNESCO Novruz bayramını Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edib.

Novruz eyni zamanda xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Azərbaycan xalqı 2020-ci ildə bu simvolu Rəşadətli Ordumuz tərəfindən öz həyatımıza həkk etdik, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. 30 il qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, haqqa-ədalətə inam və vətənpərvərlik hesabına Azərbaycan ən böyük arzusuna çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ümummilli liderin Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Mehriban xanım Əliyevanın bu mövzuda fəaliyyəti, Novruzun dünya əhalisi tərəfindən daha geniş yayılması və mənəvi dəyərinin daha da artırılmasında kritik bir rol oynayır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı