Dövlət başçılarının qarşılıqlı səfərləri

25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub.
Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniyanı təbii qazla təmin edəcəkdir.
Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir.
Qonaqlar XII Qlobal Bakı Forumunda iştirak edəcəklər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib.
2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur.
Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
AR xarici işlər naziri Elmar Məmmədyarov 28-29 iyun 2007-ci il tarixində Skopyeyə, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 12 aprel 2023-cü il tarixində Bakıya işgüzar səfər etmişdir.
AR Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun rəhbəri millət vəkili Fazil Mustafadır.
Şimali Makedoniya Məclisində müvafiq parlamentlərarası dostluq qrupunun 8 üzvü var. Qrupun rəhbəri Enes İbrahimdir.
İki ölkə arasında 5 sənəd imzalanmışdır.
01.01.2024-cü il tarixinə Azərbaycan Respublikasında 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir.
Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 19.04.2013-cü il tarixində imzalanmışdır və hazırda qüvvədədir.
Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 19.04.2013-ci il tarixində imzalanmış, 12.08.2013-cü il tarixində qüvvəyə minmişdir.
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı