Bərdədə yol təmirinə 1.5 milyon manat ayrılıb

Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalayıb.
Operativ Media xəbər verir ki, 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılacaq.
Sənədə əsasən, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.