06 Fevral 2025

Sahil Babayev maliyyə naziri təyin edilib

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.