Bill Qeyts koronavirus pandemiyasının başa çatacağı vaxtı açıqlayıb

“Microsoft” qurucusu Bill Qeyts koronavirus pandemiyasının sona çatma vaxtı ilə bağlı yeni proqnoz verib.
İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, onun fikrincə, dünya 2022-ci ilə qədər “normal vəziyyətə” dönə bilməz.
“Problem bundadır ki, planetdə pandemiyanın sona çatması üçün kifayət qədər iş görmürük”, Qeyts deyib.
Onun sözlərinə görə, ABŞ-da normal həyat payızda başlaya bilər. Bu vaxta qədər demək olar ki, bütün məktəblər açılacaq, restoranlar qismən açılacaq və idman tədbirləri keçirilməyə başlayacaq. Amma, pandemiya üzərində yekun qələbə üçün “bütün dünyaya peyvənd məsələsində kömək etmək” lazımdır.