USAID-in baş ofisi bağlanır – işçilər məsafədən işləyəcək
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş ofisi fevralın 3-də bağlanacaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” yayıb.
Nəşr bildirir ki, USAID-in əksər əməkdaşları uzaqdan çalışma rejiminə keçəcəklər. Bu məlumat təşkilatın işçilərinə göndərilmiş elektron məktuba istinadən verilib.