24 Dekabr 2024

Paşinyanın istefasını tələb edən jurnalist öldü

İrəvanda Baqramyan prospektində baş vermiş qəza nəticəsində erməni jurnalist və bir sıra mahnıların müəllifi 35 yaşlı Sosi Xanikyan ölüb.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Onu tibb mərkəzinə çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Xanikyan baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər sırasında idi. Dünən o, müxalifətin etiraz aksiyasında iştirak edib və evə qayıdarkən qəzada ölüb.

Uzun illər İctimai TV-də redaktor və ssenarist kimi çalışıb, bir sıra mahnıların sözlərinin, o cümlədən erməni müğənni Sevak Xanaqyanın səsləndirdiyi “Artsax” mahnısının müəllifidir. Qarabağ müharibəsi günlərində və müxalifətin mitinqlərində bu mahnı tez-tez səsləndirilirdi.

Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.