22 Fevral 2025

Bərdə məktəbində yarımfinalı keçən 40 nəfər şagird mükafatlandırılıb

Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 40 nəfər şagirdi Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində yarımfinal turuna vəsiqə qazanmışdır.

Media1.az-ın xəbərinə görə, 17.01.2025-ci il tarixində Bərdə Rayon Ağsaqqallar Şurasının sədri və şura üzvləri məktəb-liseydə yarımfinal turuna vəsiqə qazanmış şagirdlər və həmin şagirdlərin uğurunda əməyi olan müəllimlərlə görüş təşkil edib. Görüş zamanı şagirdlərin uğurlarından söz açılıb və olimpiadanın növbəti mərhələsində onlara uğurlar arzulanıb.

Görüşün sonunda üç nəfər müəllimə (Pakizə Məmmədova, Heyran Abdullayeva, Ziyafət Quliyeva) və qırx nəfər şagirdə Ağsaqqallar Şurası Bərdə rayon şöbəsi tərəfindən “Təşəkkürnamə”lər və “hədiyyə”lər təqdim edilib.

Sonda Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Teymir Mustafayev göstərdikləri diqqətə görə Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov olmaqla bütün şura üzvlərinə kollektiv adından təşəkkür edib.

Musa Muradlı- Media1.az