Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir.
Bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
Cənab Prezident İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında bu barədə ətraflı danışıb, bildirib ki, “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik”. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Azərbaycan Respublikası demokratik inkişaf yolunu tutmuş, siyasi və iqtisadi cəhətdən müasir həyat tərzi qurmaqda olan dövlətdir. Dövlətin daxili siyasətinin prioritet sahələrindən biri kimi həmişə gənclərə qayğı, gənclərin harmonik inkişafı, cəmiyyətə açıq olması və sağlam həyat tərzi sürməsi istiqamətində aparılan işlər təşkil edir. Bu istiqamətdə yürüdülən siyasət xarici siyasətdə də özünü göstərir. Dövlət Azərbaycan gənclərinin dünya ölkələrində keçirilən ictimai-siyasi tədbirlərə qatılması, dünya gəncləri arasında ölkəmizin sözünü deyə bilməsi, ölkəmizin hüquqlarını müdafiə etməsi və bütün humanist tədbirlərə imza atması yolunda mühüm addımlar atır, gəncləri fəal və sağlam həyat tərzinə təşviq edir. 2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində çaldığı qələbədən sonra idmançılarımızın dünya idman arenalarında qələbələrə imza atması xüsusi mahiyyət kəsb etmişdir. Onlar bununla Azərbaycanın bütün sahələrdə qalib bir xalq olduğunu nümayiş etdirir və bayrağımızı qalib ölkənin vətəndaşları kimi ucaldır, himnimizi qalib ölkənin zəfər himni kimi səsləndirməyə nail olurlar.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
