15 Dekabr 2024

“Yaşıl Düşüncənin Təbliği və İnkişafı” Layihəsi Uğurla Tamamlandı

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Xırdalan Bələdiyyəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Yaşıl Düşüncənin Təbliği və İnkişafı” layihəsi uğurla tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 100 nəfər gənc iştirak edib, ekoloji biliklərini genişləndirərək ətraf mühitin qorunması və təbiətə qayğının əhəmiyyətini öyrəniblər.

Layihə müddətində həyata keçirilən təlim və seminarlar gənclərdə ekoloji məsuliyyəti artırmaq, təbiətə qayğının əhəmiyyətini dərk etmək və yaşıl düşüncəni həyatlarının ayrılmaz bir parçası etmək məqsədini güdüb. Tədbirlərdə gənclərə ətraf mühitin qorunmasının vacibliyi və ekoloji problemlərin həlli yolları geniş şəkildə izah edilib.

Layihəyə dəstək olan və onun reallaşmasında iştirak edən hər kəsə təşəkkür edən təşkilatçılar, belə təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. “Yaşıl düşüncəni yaymaq və ekoloji dəyərləri genişləndirmək üçün birgə addımlar atmağa davam edəcəyik”, – deyə onlar bildiriblər.